Bakının mərkəzindəki binada yanğın

3-08-2015, 18:54           
Bakının mərkəzindəki binada yanğın
Bakının mərkəzində yaşayış binası yanır.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Səbayel rayonu Zərifə Əliyeva prospekti, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın yaşayış binasının blokunda meydana gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]