Moskvada terror təşkilatının lideri tutulub

23-10-2015, 10:01           
Moskvada terror təşkilatının lideri tutulub
Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə əməliyyatla “Hizb ut-Təxrir əl-İslami” terror təşkilatının Moskva bölməsinin liderini saxlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Xəbərdə qeyd edilir ki, əməliyyat zamanı 25 yaşlı Tacikistan (onun adı açılanmayıb) vətəndaşı polis əməkdaşlarına ciddi müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, radikal islam ideyalarını təbliğ edir və Rusiya ərazisində xilafətin qurulması üçün təbliğat aparırdı.

Qeyd edək ki, oktyabrın 19-da Moskvada “Hizb ut-Təhrir əl-İslami”nin 22 üzvü saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru