Pekində böyük sövdələşmə - Tramp təyyarə almağa və çip ixrac etməyə razılaşır

Bu gün, 10:47           
Pekində böyük sövdələşmə - Tramp təyyarə almağa və çip ixrac etməyə razılaşır
ABŞ prezidenti Donald Trump Çinə səfəri zamanı Pekinin ABŞ-dan 200 ədəd "Boeing" təyyarəsi alacağını açıqlayıb. Eyni zamanda, ABŞ administrasiyasının Çin şirkətlərinə Nvidia istehsalı olan yüksək performanslı süni intellekt çiplərinin satışına icazə verdiyi məlum olub.

Bizimeser.com bildirir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Trampın açıqlamasına baxmayaraq, Boeing şirkətinin səhmləri bu razılaşmadan sonra təxminən 4% dəyər itirib. Buna səbəb investorların daha böyük həcmli müqavilə gözləntilərinin özünü doğrultmaması olub. Belə ki, bazarda əvvəlcədən Çinin 500 ədəd 737 MAX təyyarəsi sifariş edə biləcəyi barədə məlumatlar yayılmışdı.

Reuters-in sammit öncəsi yaydığı məlumatlarda həm 500 ədəd Boeing 737 MAX təyyarəsinin, həm də genişgövdəli modellərin alınmasının müzakirə olunduğu bildirilirdi. Lakin yekun razılaşma gözləntilərdən xeyli aşağı olub.

Təyyarələrin hansı modellərdən ibarət olacağı və çatdırılma tarixləri hələ açıqlanmayıb. Agentlik qeyd edir ki, bu sifariş ABŞ və Çin arasında daha geniş ticarət razılaşmasının tərkib hissəsidir. Razılaşmaya ABŞ tariflərinin yumşaldılması və Çindən nadir torpaq metalları üzrə təminatlı tədarük məsələləri də daxildir.

Texnologiya sahəsində əldə olunan anlaşmaya əsasən, ABŞ on Çin şirkətinə Nvidia-nın H200 süni intellekt çiplərinin satışına icazə verib. H200 modeli şirkətin süni intellekt üçün ən güclü ikinci çipi hesab olunur.

Çiplərin satılacağı şirkətlər arasında aşağıdakılar yer alır: Alibaba, Tencent, ByteDance, JD.com, Lenovo,Foxconn

Məlumata görə, Nvidia-nın baş direktoru Jensen Huang Çin bazarında şirkətin maraqlarını aktiv şəkildə müdafiə edir. Bildirilir ki, o, ilkin mərhələdə Ağ Ev nümayəndə heyətinə daxil edilməsə də, sonradan Tramp tərəfindən şəxsən səfərə dəvət olunub.

Bizimesr.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru