Obama büdcə laihəsinə veto qoydu

23-10-2015, 12:01           
Obama büdcə laihəsinə veto qoydu
Barak Obama Ukraynaya hərbi yardımı nəzərdə tutan hərbi büdcəni imzalamaqdan imtina edib.

teref.az xəbər verir ki, büdcədə Ukraynaya 300 milyon dollarlıq silah verilməsi nəzərdə tutulurdu. Bundan əlavə qanun layihəsi Quantanamo həbsxanasındakı məhbusları ABŞ ərazisinə gətirməyi prezident administrasiyasına qadağan edirdi.
ABŞ KİV-i bildirir ki, Obamanın layihəyə veto qoymasının əsas səbəbləri bunlardır.

Xatırladaq ki, Obama 2008-ci ildə prezident seçiləndə Quantanamo bazasındakı məhbusları oradan çıxarmaq sözü vermişdi. Büddcəyə veto qoyulduğundan onun müzakirəsinin 2016-cı iləcən davam etməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru