Elmənilərə cavab zərbəsi - 2 düşmən əskəri məhv edildi

13-11-2015, 12:39           
Elmənilərə cavab zərbəsi - 2 düşmən əskəri məhv edildi
Az əvvəl qondarma “DQR müdafiə nazirliyi” təmas xəttinin cənub istiqamətində ötən gecə baş vermiş döyüşlərə dair məlumat yayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumata əsasən noyabrın 12-də axşam saat 21 radələrində qoşunların təmas xəttində yerləşən erməni mövqelərinə endirilmiş zərbə nəticəsində iki erməni əsgəri-Vaqe Vardqesoviç Vanoyan və Mikael Arakeloviç Torosyan ölümcül yaralanıblar.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin itkilərini şərh etmir, ancaq nazirliyin atəşkəs rejiminin pozulmasına dair bu günə olan xronikasında deyilir ki, düşmən təmas xəttinin bir çox istiqamətlərində silahlı qüvvələrimizin mövqelərini atəşə tutub.Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru