Paris qətliamının təşkilatçısı mühasirədə - ƏMƏLİYYAT DAVAM EDİR

18-11-2015, 13:06           
Paris qətliamının təşkilatçısı mühasirədə - ƏMƏLİYYAT DAVAM EDİR
Fransa polisi Parisin şimalındakı Sen Deni qəsəbəsində anti-terror əməliyyatına başlayıb. Lent.az "Reuters"ə istinadən xəbər verir ki, gecə saatlarında bölgədə komendant saatı elan edilib. Sübh saatlarında başlayan geniş miqyaslı əməliyyat hələ də davam edir.

Bildirilir ki, Fransa hüquq-mühafizə orqanları bir qrup terrorçunun bu qəsəbədə olduğunu müəyyənləşdirib və gecə ilə qəsəbə mühasirəyə alınıb. Terrorçularla polis arasında atışma da baş verib. Bu zaman yerli polislərdən də xəsarət alanların olduğu barədə məlumat var.

Fransa xüsusi-xidmət orqanları Paris qətliamını planlaşdıran terrorçu Adulhəmid Ebayulun da bu qəsəbədə olduğunu güman edir. Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, səsgücləndiricilərlə sakinlərə evlərindən çıxmamaq tapşırılıb, həmçinin, bu gün Sen Deni qəsəbəsində məktəblər və digər idarələr də işləməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru