"Türkiyə ilə müharibəyə hazırlaşmırıq" - Lavrov

25-11-2015, 20:56           
"Türkiyə ilə müharibəyə hazırlaşmırıq" - Lavrov
Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: “Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - “Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.

S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: “Türkiyəli nazir öz hərbi havaqüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.

S. Lavrov iddia edib ki, “Su24” Suriyada “İŞİD”in neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlavə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru