Türkiyə-Rusiya böhranı dərinləşir - Türklər Rusiyaya buraxılmır

25-11-2015, 21:06           
Türkiyə-Rusiya böhranı dərinləşir - Türklər Rusiyaya buraxılmır
Türkiyə ordusunun rus təyyarəsini vurmasından sonra iki ölkə arasındakı əlaqələr gərginləşməkdə davam edir.

Avropa.info xəbər verir ki, iki ölkə arasındakı təyyarə böhranı özünü uçuş səfərlərində də açıqca göstərməyə başlayıb.

Əldə olunan məlumata görə Rusiyaya səfər etmək istəyən türk iş adamlarına ölkəyə giriş icazəsi verilməyib.
Dünən Rusiyanın Vnukova hava limanına enən türkiyəli iş adamlarına ölkəyə daxil olmaq üçün icazə verilmədiyi bildirilir.

Bu haqda məlumatı Türk Hava Yollarına yaxın mənbələr də təsdiqləyib. Məlumatda bu gün də Türkiyədən Rusiyaya gedən 8 nəfərin ölkəyə buraxılmadığı bildirilir.

Türklərin ölkəyə buraxılmamasının səbəbi kimi isə onların Rusiyaya gəlmə səbəbiinin kifayət qədər izah edilməməsi göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru