Rusiyaya ən çox nifrət edən 3 ölkədən biri Yaponiyadır - SİYAHI

12-12-2015, 21:58           
Rusiyaya ən çox nifrət edən 3 ölkədən biri Yaponiyadır - SİYAHI
Pew Research Center sorğu mərkəzi dünyanın 40 ölkəsində sorğu keçirib. Ölkə.az mərkəzə istinadən xəbər verir ki, bu ölkələrdə respondentlərə Rusiyaya və Putinə necə münasibət bəslədikləri soruşulub və sorğunun nəticəsində Moskvaya ən çox nifrət edən ölkələrin siyahısı açıqlanıb. Sorğunun nəticələrinə görə 40 ölkənin hamısında rəyi soruşulanların yalnız dörddə biri Rusiya prezidentini normal kimi qiymətləndiriblər. Geridə qalanlar isə dünyada son gedən proseslərə görə Putindən zəhlələrinin getdiyini bildiriblər.

Mərkəzin məlumatına görə, həmişə Rusiyaya yaxşı münasibət bəsləyən iordaniyalılar Putinin Suriyadakı hərbi kampaniyasından sonra Moskvaya münasibətlərini dəyişiblər. Sorğunun nəticələrinə görə, Polşa və İordaniyada respondentlərin 80%-nin Rusiyanı sevmədikləri məlum olub. Polşa və İordaniyadan sonra üçüncü Rusiyanı sevməyən dövlət İsrail olub. Rəyi soruşulan yəhudilərin 74%-i Rusiyanı sevmədiklərini bildiriblər.

Rusiyaya nifrət edən ölkələrin siyahısında digər faizlər isə aşağıdakı kimidir:

Yaponiya - 73%
Ukrayna - 72%
Almaniya və Fransa - 70%
ABŞ - 67%


Rusiyanı sevən dövlətlər isə bunlardır:

Vyetnam - 75%
Qana - 56%
Çin - 51%












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru