Moskvanın ən lüks hoteli bağlandı — Türkiyəyə qarşı sanksiyalara görə

7-01-2016, 12:40           

Dünya brendi "Swissotel"in Moskvadakı filialı bağlanıb.

Ölkə.az xəbər verir ki, Moskvanın Krasnıe Xolmı rayonunda yerləşən və Rusiya paytaxtının ən lüks hotellərindən biri sayılan "Swissotel" 30 dekabr tarixindən müştəri qəbulunu dayandırıb.

Məsələyə aydınlıq gətirən hotel nümayəndəsi mehmanxananın Türkiyəyə qarşı tətbiq edilən sanksiyalara görə bağlandığını bildirib.

Məlumata görə, "Swissotel"in icarəyə götürdüyü bina Türkiyənin ən böyük inşaat şirkəti olan "Enka Holdinq"ə aiddir. Buna görə də yerli hakimiyyət orqanları "Swissotel" rəhbərliyindən binadakı fəaliyyətlərini dayandırmağı tələb ediblər.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru