ABŞ-ın Ayova ştatında fövqəladə vəziyyət elan edilib

2-05-2015, 08:29           

ABŞ-ın Ayova ştatında quş qripinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

APA-nın CNBC-yə istinadən məlumatına görə, bu barədə ştatın qubernatoru Terri Brensted bildirib.

“Quş qripinin insanlar üçün təhlükə kəsb etmədiyinə baxmayaraq, biz bu məsələyə ciddi yanaşırıq. Fövqəladə vəziyyət rejimi bizə daha operativ hərəkət etməyə imkan verəcək. Virusun Ayovada peyda olunmasından əvvəl bizim monitorinq üzrə idarəmiz digər ştatlarda da quş qripinin yayılmasını qeydə almışdı. Ümid edirik ki, ştatda yayılan virusun qarşısını ala biləcəyik”, deyə T.Brensted bildirib.

Qeyd edək ki, Ayova ştatında 19 min toyuq quş qripinə yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]