Saxalin vilayətində təyyarə qəzası: Sərnişinlər yanan hava gəmisindən sağ qurtulublar - VİDEO

Bu gün, 16:08           
Saxalin vilayətində təyyarə qəzası: Sərnişinlər yanan hava gəmisindən sağ qurtulublar - VİDEO
Saxalin vilayətinin Kirovskoye və Zonalnoye kəndləri arasındakı ərazidə təyyarə açıq sahəyə qəza enişi edərək alovlanıb. Hadisə zamanı hava gəmisinin göyərtəsində Saxalin aviabazasının yeddi yanğınsöndürən-paraşütçüsü olub.
"Exo Saxalina" "Telegram" kanalının verdiyi məlumata görə, uçuş vaxtı təxminən 800 metr hündürlükdə təyyarənin mühərriki sıradan çıxıb və bu səbəbdən pilot sərt eniş etmək məcburiyyətində qalıb. Hava gəmisi zədələnib və dayanan kimi dərhal yanmağa başlayıb.

Daha sonra Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "An-3" təyyarəsində yanğın havaya qalxmağa cəhd edərkən yaranmış texniki nasazlıq səbəbindən baş verib.

Hadisə yerinə cəlb olunan xilasedicilər aviasiya meşə mühafizəsinə məxsus təyyarənin alovlar içində olduğunu görüblər. Göyərtədə olan pilotlar və paraşütçülər yanan hava gəmisini müstəqil şəkildə tərk edərək təxliyə olunublar.

Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Hazırda ərazidə vilayətin yanğın-xilasetmə xidmətinin 12 əməkdaşı və üç texnikası fəaliyyət göstərir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru