QƏDİM TÜRK SƏXAVƏT SİMVOLUNUN YENİ BİR UĞURU

Bu gün, 16:04           
QƏDİM TÜRK SƏXAVƏT SİMVOLUNUN YENİ BİR UĞURU
Babilin Tello şəhərindən tapılmış və eramızdan ~4 min il öncənin heykəltaraşlıq nümunəsi sayılan qumsal daşdan yonulmuş bir heykəlcik elə öz taleyimizi yaşayıb.
Onun beldən aşağı hissəsi (soldan 1-ci) İstanbulun Qədim Şərq Əsərləri muzeyinə, yuxarı hissəsi (soldan 2-ci) Parisin Luvr muzeyinə düşüb. Və uzun illər gözdən iraqda qalıb hər ikisi.
Aşağı hissənin bel nahiyəsində mixicə yazısı var.
Yuxarı hissədəki parçada sinəsi səviyyəsinə qaldırılmış əlləri fincan tutur (şəkillərdə görünmür o), sol çiynində bir yarımcan it fiquru yonulub (cizgili şəkil 2).
Vaxtilə Miçiqan universitetinin məşhur Şumerologiya kaferaslnda doktorluq yapmış E. Suter, hər iki muzüydəkilərin bir bütövün iki parçası olduğunu tapmış və İstanbuldakı hissəsindəki bel yazısını deşifrə etmişdir. Sağ olsun.
Yazı originalda budur:
d i[g]-alim -----d-yuxarıdan veirlir Latınca Deius-allah deməkdir.
....dumu k[i-a]g
d n[in-gir-s]u-ka
[lu]gal-[a]-nu
shu[l-g]i
[ni]ta [k]ala-ga
[lu]gal [u]ri [ki- ma]
[lu]gal ki-en-g[i] ki-uri-k[e]
nam-ti-la-[ni-she]
[a] mu-n[a-ru]
5-ci pozisiyadakı shu[l-g]i - hecalarında Suter xanım görünür ilk Babilan hökmdarı Nemrutdan sonra taxta çıxmış ŞULGİ hökmdarın adını görür. Və əslində düz edir. Onlar həqiqətən də ŞULGİ kimi oxunurlar.
Mətni Şulginin yazısı, çiynində ölüvay, ölgin it, əlində cam tutmuş heykəlciyi isə hökmdarın özünə həsr etdiy abidə kimi qələmə verir. Sonra qeyd edir ki, "guya dünyanın dörddə birini qarmalamış hökmdar Şulgi bu heykəlciyi Eninna məbədində qoyub ki, göylərə dua etməyə gələnlər, özü də daxil olmaqla, ona baş əyib səcdə etsinlər.
Bax burası uydurmadır. Orada heş "ŞULGİ" adı yoxdur. Çiyindəki itə i.arədən, "ŞU ÖLGİN İTƏ" sözləri var.
Yazı bizim Azərbaycan oğuz türkcəsincədir və belə qəliblənir.
Mən görüntünü asanlaşdırmaq üçün mətni düz xətt boyu yazacam - aşkar etdiklərimi cümləbəcümlə:
İG ALİMDUMU Kİ AĞNİN GİRSU KALU
GALANİ SHU OLGİN İTA KALA GALU
GAL URİ Kİ MAL U GAL Kİ
EN GİKİ URİ KEN
AM TİLANİSHE
AMUN ARU
Bu, indi elmi ədəbiyyatda tez-tez hallandırılan "Azərtürkün Linqvsitik Remodelləşdirmə" metodunun məhsuludur. Bu metodsuz heç kim, heç bir yazılma qayda-qanunu, durğu işarəsi omayan mixi yazısından türkcə heç nə ala bilməz. Amma təkrar modelləşdirmə metodu ilə "yenidən ülgüyə salınmış" mətn gözəl kostuymu qəddə dəqiq biçmiş usta Dərzinin əl işidir sanki. İndi şagird də maşında sırığın verə bilər u kostyumun, onu tikə bilər.
Gəlin qəliblənmiş materialdan Az. türk dilinin Oğuz ləhcəsində məna (kostyum) çıxardaq. İncə və ya qabaq saitləri, cingiltili samit səsləri və olmamış durğu işarələrini yerilərinə qoymaqla:
İÇ ƏLİMDİMÜ Kİ, AĞLIN QIRŞU QALU?
QALANU ŞU ÖLGİN İTƏ YALA QALU.
GƏL URİ Kİ,
MAL, U GƏL[Ü] Kİ...
ƏN CİGGİ URİ GEN.
AM TİLƏNİSƏ, AMUN ARU.
Bu günkü azərbaycanca:
İç əlimdimü ki, ağlın qırşı qalsın - yəni, ağıl və ya müdriklik xətti mənimlə u dünyaya getsin?
Bu dünyada vardan, dövlətdən nəyin varsa, səndən sonra elə bu dünyada da qalcaq, hətta çiynimdəki bu ölgin itə yal kimi qalacaq.
Odur ki, gəl uri (ver), simic olma.
Ən ciki (azacığı) da gen-bol ver.
Hamı dilənərsə, sən də dilən.
***
Hələ sirrini 1997-də açıb, bütün kitablarıma daxil etdiyim "Ulu Səxavətli Əcdadımız" adlandırdığım bu material dünən ilk dəfə dünya səviyyəsinə çıxardılıb. Nyu Yorkdakı İRİJSH jurnalında nəşr olunub.
_______________________________
Şəkildə - soldan abidənin muzeylərdəki parçaları; sağdan - daha aydın görünsünlər deyə onlarən cizgi versiyaları.
İkinci şəkildə - Məqalənin çap olunduğunu təsdiqləyən sertifikat.
Tariyel Azerturk














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru