Yunanıstandan inanılmaz addım

16-05-2015, 08:05           
Yunanıstandan inanılmaz addım
İqtisadi böhranla mübarizə aparan və bir çox sərt iqtisadi islahatlar həyata keçirməyə çalışan Yunanıstan hökuməti inanılmaz bir addım atıb. ANS PRESS-in məlumatına görə, xarici ölkələrdəki səfirliklərinə, nümayəndəliklərinə müraciət edən rəsmi Afina istifadə olunmayan pulların təcili olaraq ölkəyə göndərilməsini tələb edib.

Yerli mətbuat bildirir ki, Xarici İşlər Nazirliyi xarici ölkələrdəki təmsilçiliklərə sənəd yollayaraq dəftərxana, təmizlik vasitələri kimi xərclərdən artıq qalan pulu, həmçinin viza və s. bu kimi proseslərdən əldə olunan gəlirin ölkəyə göndərilməsini tələb edib. Ödənişlərin bank yoluyla həyata keçirilməsini tələb edən Afina, gec olacağı təqdirdə pulların diplomatik kuryerlə göndərilməsini istəyib.

Afinada həftəlik nəşr olunan “To Vima” qəzeti bildirir ki, Xarici İşlər Nazirliyinin səfirliklərə göndərdiyi sənəddə belə bir hadisənin ölkə tarixində ilk dəfə baş verdiyi də vurğulanıb.

Qəzetin xəbərində həmçinin bildirilir ki, bu addım xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin və konsulluqların işlərini böyük ölçüdə axsadacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]