Novxanıda “yol əhvalatı”: Evinə kanalizasiya xətti çəkdi, ictimai əmlakı xaraba qoydu... FOTO

Dünən, 00:10           
Novxanıda “yol əhvalatı”: Evinə kanalizasiya xətti çəkdi, ictimai əmlakı xaraba qoydu... FOTO
TEREF-in poçtua daxil olan şikayət məktubunu təqdim edirik. Müəllif yazır:
"Abşeron rayonu Novxanı kəndi Gəray Əsədov küçəsinin sakinləri bir neçə aydır ki, yol problemi ilə üzləşiblər. Belə ki, aylar öncə Gəray Əsədov küçəsinin girişində ev alan bir şəxs, yeni aldğı evə kanalizasiya xəttə çəkmək üçün yolun asfalt örtüyünü dağıdıb. Nəticədə, yüz metrlərlə məsafədə yol örtüyü sıradan çıxıb, həm piyadaların, həm də avtomobillərin gediş-gəlişi çətinləşib. Yağışlı havalarda palçıq, küləkli havalarda isə toz-torpaq bu yoldan istifadə edən insanların "yol yoldaşı”a" çevrilib.
Vətəndaşlar mövcud problemlə bağlı demək olar ki, bütün əlaqədar insansiyalara məlumat versələr də, ictimai əmlakı dağıdan, ictimai rəyə açıq hörmətsizlik edən bu şəxslə bağlı hər hansı tədbir görülməyib. Vətəndaşlar ümid edir ki, bütöv bir küçəni qazıntı meydançasına çevirən sözügedən şəxsin əməlləri ilə bağlı əlaqədar instansiyalar gec də olsa tədbir görəcək, həmin şəxsin dağıtdığı asfalt örtüyünün bərpası təmin ediləcək."

Ardı var


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru