Berlin yaxınlığında silah anbarı aşkarlanıb: Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarından şübhələnir

Bu gün, 00:02           
Berlin yaxınlığında silah anbarı aşkarlanıb: Hakimiyyət Rusiya xüsusi xidmət orqanlarından şübhələnir
Almaniyanın təhlükəsizlik xidmətləri Berlin yaxınlığında silah anbarı aşkarlayıb. Almaniya Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə onun Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yaradıldığını ehtimal edir.

Ordu.az xəbər verir ki, bu barədə “Norddeutscher Rundfunk”, “Westdeutscher Rundfunk” və “Süddeutsche Zeitung” məlumat yayıb.

Brandenburq meşələrində yerləşən anbarda təxminən iki ədəd odlu silah saxlanılıb.

Federal prokurorluq dövlətə qarşı ağır zorakı cinayətin hazırlanması şübhəsi ilə araşdırma aparır. “Bild”in məlumatına görə, bir müddət əvvəl Rumıniyada silahların gizlədilməsində şübhəli bilinən yeganə şəxs saxlanılıb.

Anbar hələ ötən ilin yayının sonunda aşkarlanıb. Almaniyanın təhlükəsizlik qurumları hesab edir ki, silahlar Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə ölkə ərazisində əməliyyatlar, o cümlədən sui-qəsdlər həyata keçirməli olan agentlər üçün nəzərdə tutulub.

Aşkarlanan silahlar istifadəyə yararsız vəziyyətə gətirilib və bundan sonra anbar nəzarətə götürülüb. Lakin bu, cinayətkarların müəyyənləşdirilməsinə kömək etməyib. KİV-in məlumatına görə, cinayətkarların anbarın aşkarlandığını hiss etmiş olması mümkündür.

Almaniya Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə KİV-in sorğusuna cavab olaraq işlə bağlı şərh verməkdən imtina edib. Rusiya səfirliyi də sorğuya cavab verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru