Çin ABŞ-a meydan oxudu

17-05-2015, 12:02           
Çin ABŞ-a meydan oxudu
Çinin Xarici İşlər naziri Vanq Yi ölkədə səfərdə olan ABŞ Dövlət katbi Con Kerriyə Pekinin öz suverenliyi və ərazi bütövlüyünü qorumaq işində olduqda qətiyyətli olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, o, bu açıqlamarı iki diplomat arasında danışıqlardan sonra Pekində keçirilən mətbuat konfransında verib.

Danışıqlar zamanı iki ölkə arasında ticari münasibətlər, Şimali Koreyanın nüvə proqramı və Cənubi Çin dənizində mübahisəli ərazilərlə bağlı gərginliklər kimi müxtəlif məsələlər müzakirə olunub.

ABŞ və Cənub-şərqi Asiya ölkələrinin Assosiasiyasının demək olar bütün üzvləri Pekini Çinin iddia etdiyi su ərazilərində kiçik adalar yaratmaq məqsədilə fəaliyyət göstərməkdə ittiham edir. Xarici İşlər naziri Vanq Çinin məsələ ilə bağlı danışıqlara hazır olduğunu, lakin inşa işlərindən geri çəkilməyəcəyini bidirib.

Qeyd edək ki, Çin Filippin, Vyetnam, Malaziya, Bruney və Tayvanın da müəyyən hissələrinə iddia etdiyi Spratli adalarının yerləşdiyi ərazidə inşa işlərini intensivləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]