Mukuçyan: "Qarabağ Azərbaycana məxsusdur…"

15-06-2016, 20:48           
Mukuçyan: "Qarabağ Azərbaycana məxsusdur…"
Dağlıq Qarabağ Azərbaycana məxsusdur.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın “Avroviziya 2016”-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.

“Avroviziya”da nə üçün tanınmamış “DQR”in bayrağını qaldırması ilə bağlı suala cavabında o deyib: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər “böyük qardaş” Rusiya ilə müzakirə olunub, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır”.

Xatırladaq ki, mayın 10-da Stokholmda - “Avroviziya-2016”nın finalında İveta Mukuçyan “DQR”in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər.

Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: “Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – “məhəbbət dalğasını” yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram”.

Onu da xatırlaraq ki, İveta Mukuçyan həmin yarışmada 7-ci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru