Stəkanda yumurta olmadan cücə yaratdılar

15-06-2016, 23:27           
Stəkanda yumurta olmadan cücə yaratdılar
Yaponiya televiziya kanalları şagirdlərin apardığı təcrübəni canlı olaraq yayımlayıb.

Yaponiyada məktəb şagirdləri yumurta olmadan stəkanın içində cücə yetişdiriblər. ANS PRESS-in məlumatına görə, Takanedai heyvan xəstəxanasında mümkünsüz görünəni yapon şagirdlər reallaşdıra biliblər.

Yaponiya televiziya kanalları şagirdlərin apardığı təcrübəni canlı olaraq yayımlayıb.

Ötən gün isə Yaponiyada qara qarpız hərraca çıxarılıb. Toma şəhərində yetişdirilən nadir "denske" növündən olan qara rəngli qarpız 500 min yenə (4,7 min dollara) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.

Bu qarpızlar qaraya çox yaxın olan tünd yaşıl rəngləri, sululuq və şirinlikləri ilə seçilirlər. Toma şəhəri isə onların yetişdirilmə mərkəzi hesab edilir. Hər il bu şəhərdə qarpız hərracı keçirilir. Bu il də fermerlər azı 70 min qarpız satmağı planlaşdırırlar. Onların birinin qiyməti isə ortalama 47 dollar olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru