Ermənistan ordusu Baş Qərargahının kəşfiyyat idarəsinə yeni rəis təyin edilib

18-06-2016, 09:48           
Ermənistan ordusu Baş Qərargahının kəşfiyyat idarəsinə yeni rəis təyin edilib
Polkovnik Vaqinak Sarkisyan Ermənistan Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi təyin edilib.APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
“Müvafiq fərman prezident Serj Sarkisyan tərəfindən iyunun 17-də imzalanıb”, məlumatda deyilir.
Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan , rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən uzaqlaşdırılıb. Mayda isə Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilinqaryan vəzifəsindən azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru