1200 ildən sonra pravoslav kilsə liderləri ilk dəfəbir araya gəldi

20-06-2016, 10:35           

Dünyanın pravoslav kilsə liderləri Rusiyanın və digər 3 kilsənin boykotuna baxmayaraq, görüşüb.

Bu, 1200 ildən bəri keçirilən ilk belə görüşdür. İyunun 19-da Krit yunan adasında birhəftəlik şura başlanıb. Patriarx Varfolemey mərasimi açıb. “Bu böyük və müqəddəs şura vəhdət mesajı daşıyacaq”,- deyə o, yerli mediaya deyib.

Onillər boyu hazırlaşmalarına baxmayaraq, Pravoslav liderləri bu görüşdən öncə də fikir ayrılıqlarına son qoya bilməyiblər. Rusiya, Gürcüstan, Bolqarıstan və Suriyadakı kilsələr görüşü boykot edib.

Patriarx Kirill Moskvada deyib ki, Kritdə görüşən dini liderlərin daha sonra daha böyük görüşə hazırlaşa biləcəklərinə ümid edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru