Ramzan Kadırovdan Türkiyəyə qarşı gözlənilməz addım

29-06-2016, 14:39           

"Terrorçuların əsl məqsədi qorxu yaratmaqdır"

Ölkə.Az xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov İstanbul Atatürk Hava Limanında törədilən terror hadisəsini pisləyərkən deyib.

Kadırov həmçinin hadisə zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

"Terrorçuların kimliyinin və nə istədiklərinin heç bir əhəmiyyəti yoxdur. Onların bu hərəkətlərini kəskin qınayırıq. Dünyada terrorla məqsədə çatmaq olmaz. Belə əmələ haqq qazandırmaq qətiyyən qəbuledilməzdir. Əgər terrorçulara qarşı müştərək şəkildə sərt tədbirlər görülərsə, insanlığa düşmən kəsilənlərin qarşısını almaq mümkün olar. Terrorçuların əsl məqsədi qan, kütləvi qətllər və qorxudur".

Qeyd edək ki, Çeçenistan prezidenti bundan öncəki çıxışlarında Türkiyə ilə bağlı sərt fikirlər səsləndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru