Erməni rejissor: "Artıq bir dəqiqə belə Ermənistanda qalmaq istəmirəm" - FOTO

1-07-2016, 11:39           

"Artıq bir dəqiqə də olsun Ermənistanda qalmaq istəmirəm. Çünki burada heç bir qanun işləmir, Ermənistanın heç bir vətəndaşı qorunmur, burada sadəcə bizi saymayan, son damlaya qədər qanımızı içməyə hazır olan qoşun - orda var. Xalqın əksər hissəsi də artıq onlara bənzəyərək vampirlərə çevrilib, hamını dişləyib və yoluxdurublar".

teref.az virtualaz.org-a istinadən bildirir ki, bunu iki gün əvvəl Ermənistanda məşhur prodüser, rejissor, televiziya aparıcısı və "Yeni ermənilər" Şən və Hazırcavablar Klubu komandasının iştirakçılarından biri olan Artyom Akobyan öz facebook səhifəsində yazıb.

Dünən isə A.Akobyan evini satışa çıxararaq, qətiyyətlə ölkədən mühacirət etmək haqda qərarını bu şəkildə bəyan edib: "O ölkədə ki, savadsızlıq və zövqsüzlük dəbə diktə edir; o ölkədə ki, bütün müğənnilər yalnız toylar üçün mövcuddur, televiziyanın efirində isə hələ yolunmuş qaşlarla zərif oğlan olmayanadək reytinqin olmayacaq; harada ki, siyasətçi söyüş söyməyənədək sakitləşməyəcək; harada ki, hamı hər şeyə tüpürür, kimdəsə bədbəxtlik baş verəndə sevinirlər... orada yaşamaq istəmirəm".

A.Akobyan həm də hesab edir ki, o, uşaqlarını Ermənistan kimi ölkədə tərbiyə edib, böyüdə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru