Ermənistandan Qarabağa kasıb payı: - bir cüt svetofor

7-07-2016, 14:04           
Ermənistandan Qarabağa kasıb payı: - bir cüt svetofor
Ermənistan hökuməti Xankəndinin küçələrindən birində quraşdırılmaq üçün “DQR”ə svetoforlar bağışlayacaq.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, bu barədə qərar bu gün, iyulun 7-də, hökumətin növbəti iclasında qəbul edilib.

Ermənistan polisinin rəisi Vladimir Qasparyanın sözlərinə görə, svetoforlar Xankəndi “meriya”sının xahişi ilə ayrılıb və Kamo küçəsi ilə Saroyan küçəsinin kəsişməsində quraşdırılacaq.

Svetoforların ümumi dəyəri isə 8,2 milyon drama yaxındır (təxminən 17 min dollar).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru