Pan Qi Mun Şimali Koreyaya girə bilməz - İcazə verilmir

20-05-2015, 09:57           
Pan Qi Mun Şimali Koreyaya girə bilməz - İcazə verilmir
Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi BMT baş katibi Pan Qi Munun “Keson” sənaye zonasına səfərinə qadağa qoyub.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pan Qi Mun özü Seulda çıxışı zamanı bildirib.

“Bu gün səhər saatlarında KXDR rəhbərliyi diplomatik kanalların vasitəsilə mənim Kesona daxil olmağım üçün əvvəl verilən icazənin geri götürülməsi barədə bizi məlumatlandırıb. Bunun səbəbləri bizə məlum deyil”, deyə BMT baş katibi bildirib.

Qeyd edək ki, Seul və Pxenyan tərəfindən razılaşdırılmış səfər mayın 21-nə planlaşdırılmışdı.

Bundan əvvəl BMT baş katibinin Şimali Koreyaya sonuncu səfəri 20 il əvvəl, 1993-cü ildə Butros Butros Qali tərəfindən həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]