ABŞ rəsmisi:“İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib”

15-09-2016, 00:15           
ABŞ rəsmisi:“İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib”
İraq ordusu İŞİD-in nəzarəti altındakı ərazilərin yarısını azad edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bağdadda səfərdə olan ABŞ dövlət katibinin birinci müavini Entoni Blinken bəyan edib.

“İraq ordusu beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD terror qruplaşmasının nəzarəti altındakı 50% ərazini azad edib. Bunun nəticəsində iraqlılar tədricən öz evlərinə qayıdırlar”,- deyə E.Blinken qeyd edib.

Qeyd edək ki, bundan əvvəl E.Blinken İraqa humanitar yardım məqsədilə ABŞ tərəfindən 181 milyon dollar ayrılacağını bildirib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru