Medvedevin 3 Kreml və 30 Qızıl Meydan boyda bağ evi?

16-09-2016, 23:19           
Medvedevin 3 Kreml və 30 Qızıl Meydan boyda bağ evi?
Aleksey Navalny-nın korrupsiya ilə mübarizə fondu Rusiya baş naziri “Dmitriy Medvedev-in gizli bağı” haqqında araşdırma hazırlayıb.

Navalny-nın “nəhəng ölçülü iqamətgah” adlandırdığı bu bağ Plyos şəhərciyi yaxınlığında yerləşir. Onun ümumi sahəsi 80 hektardır.

3 Kreml və 30 Qızıl Meydan boyda?

“Bu sahə 3 Kreml və 30 Qızıl Meydan deməkdir”, – Navalny belə yazır.

Bağın çevrəsinə 6 metr hündürlüyündə hasar çəklib.

Araşdırmada deyilir ki, “Quruluşca “Novoye Oqoryovo”ya bənzəyir: “birinci şəxsin” iqamətgahı daxili hasarla dövrələnib. Xarici perimetrin içərisində isə əməkdaşlara otellər, avtobazalar və s. var”.

Navalny iddia edir ki, bu bağ evi məhz Medvedev-ə aiddir. Baş nazir tez-tez buraya baş çəkir. Bu, onun “Instagram”a qoyduğu şəkillərdən də görünür.

Xeyriyyə fondunun puluna alınıb?

Navalny onu da iddia edir ki, malikanə “DAR” xeyriyyə fondunun puluna alınıb:

“Qaz nəhəngi “NOVATEK”in səhmdarları Leonid Mikhelson və Leonid Simanovskiy “DAR” xeyriyyə fondunun nizamnamə fonduna 33 milyard (birbaşa deyilməsə də, söhbət 33 milyard rubldan – yarım milyard dollardan çox bir məbləğdən söhbət gedir –red.) yatırıblar (Bu fondun müşahidə şurasının rəhbəri Medvedev-in tələbə yoldaşı olub). Fond da həmin pullarla bir neçə qəribə bağı olan obyekt tikməyə başlayıb. Onlardan biri də budur”.

“O ev Medvedev-ə məxsus deyil”

Baş nazirin mətbuat katibi Natalia Timakova bildirib ki, Navalny-nın tapdığı ev Medvedevə məxsus deyil: “Adıçəkilən obyektlər… Dmitriy Anatolyevich Medvedev-in mülkiyyətində deyil və bu bağ evinə nə onun, nə də ailə üzvlərinin hər hansı hüquqi əsası var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru