Hollandıyanın qaz ehtiyatları tükənir - Avropaya SOS siqnalı

17-09-2016, 12:06           
Hollandıyanın qaz ehtiyatları tükənir - Avropaya SOS siqnalı
Avropa İttifaqının əsas təbii qaz hasilatçısı olan Hollandiya ehtiyatlarının 80%-dən istifadə edib.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın Statistika İdarəsinin (CBS) açıqladığı məlumatlarda qeyd edilib.

2015-ci ildə Hollandiyada qaz hasilatı 38% azalaraq 52 mlrd. kubmetr səviyyəsinə enib. Bu isə 1970-ci ildən etibarən ən aşağı göstəricidir. "Bloomberg" onu da qeyd edir ki, hasilat azalmaqda davam edəcək: "Belə ki, hökumət Avropa İttifaqı ərazisində ən iri qaz yatağı olan "Groningen"də hasilata məhdudiyyət tətbiq edib. Buna səbəb yataqda zəlzələlərin sayının artmasıdır. Zəlzələlərin artmasına səbəb kimi qaz hasilatı göstərilir".

Qeyd edək ki, 1959-cu ildən etibarən "Groningen" yatağından 3,85 trln. kubmetr həcmində təbii qaz hasil olunub. CBS yatağı qalıq ehtiyatlarının həcmini 940 mlrd. kubmetr həcmində dəyərləndirir.

Ekspertlər hesab edir ki, Hollandiyada qaz hasilatının azalması Avropa İttifaqı üçün vacib siqnaldır. Belə ki, ittifaq ölkələri bu səbəbdən başqa ölkələrdən qaz idxalını artırmağa məcbur olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru