Tramp 350 min insanla bağlı QƏRAR VERDİ

29-08-2025, 16:34           
Tramp 350 min insanla bağlı QƏRAR VERDİ
ABŞ Donald Trampın vəzifəyə başlamasından bəri təxminən 350 min insanı deportasiya edib.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 200 minə yaxın insan ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) tərəfindən ölkədən çıxarılıb, qalanları isə könüllü olaraq ABŞ-ı tərk edib.

CNN qeyd edir ki, dövlət tərəfindən həyata keçirilən deportasiyalara baxmayaraq, ABŞ hakimiyyəti qarşıya qoyduğu hədəflərə çatmayıb. Kanalın məlumatına görə, ilin birinci yarısında İmmiqrasiya və Gömrük Mühafizə Xidməti tərəfindən gündəlik həbslərin sayı 1000-2000 arasında dəyişi.

Ağ Ev isə gündə üç min insanı deport etməyi qarşısına məqsəd qoyub.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru