Hakerlər Amerika ordusunun saytını da dağıtdı

9-06-2015, 12:28           
Hakerlər Amerika ordusunun saytını da dağıtdı
ABŞ-ın Quru Qoşunlarının saytı naməlum hakerlərin hücumuna məruz qalıb, resurs müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Pentaqon resursda heç bir məxfi məlumatın saxlanmadığını və onun yalnız orduda xidmətin təbliğ olunmasına yonəldiyini bildirib.

Amerikalı hərbçilər sayta hücumla bağlı məsuliyyəti “Suriya elektron ordusu”nun öz üzərinə götürdüyünü qeyd ediblər. Bir qədər əvvəl suriyalı hakerlər The New York Times, The Guardian, The he Washington Post qəzetlərinin, The Associated Press agentliyinin kompüter şəbəkələrini, həmçinin müxtəlif informasiya telekanallarının səhifələrini də dağıtmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]