Günəşin parlaqlığını azalda biləcək ÜSUL sınaqdan keçiriləcək

24-11-2025, 15:28           
Günəşin parlaqlığını azalda biləcək ÜSUL sınaqdan keçiriləcək
"Stardust" şirkəti Günəş şüasının intensivliyini zəiflədə bilən və bununla da Yer kürəsində temperaturu aşağı sala biləcək texnologiyanı sınaqdan keçirməyi planlaşdırır.

"New Yorker" nəşrinin verdiyi xəbərə görə, İsraildə yerləşən və Delaver ştatında qeydiyyatdan keçmiş startap böyük vulkanik püskürmələrin təsirinə bənzər bir mexanizmdən istifadə etməyi təklif edir.

Belə püskürmələr zamanı atmosferə milyonlarla ton kükürd dioksidi daxil olur və bu hissəciklər Günəş işığının bir hissəsini kosmosa geri əks etdirərək, qısamüddətli qlobal soyuma dövrlərinə səbəb olur.

Hazırlanan texnologiya bulud qatlarının üzərində xüsusi mikrohissəciklərin səpilməsi yolu ilə əksedici bir örtük yaratmağı nəzərdə tutur. Bu örtük Günəş istiliyini qismən bloklayaraq, Yerə düşən iqlim yükünü azaltmalıdır.

Startap nümayəndələri istifadə olunacaq hissəciklərin tərkibini açıqlamırlar, yalnız onların insan və ətraf mühit üçün təhlükəsiz olduğunu iddia edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]