Böyük Britaniya "Lukoil International"a ümumi lisenziya verib

28-11-2025, 16:24           
Böyük Britaniya "Lukoil International"a ümumi lisenziya verib
Böyük Britaniya hökuməti "Lukoil"in xarici aktivlərinin sahibi olan "Lukoil International GmbH" şirkətinə ümumi lisenziya verib.
Bu barədə Xəzinədarlıq Departamenti nəzdində Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Ofisinin (FSI) bəyanatında bildirilir.

Şirkətlə əməliyyatlara icazə verən lisenziya 26 fevral 2026-cı il tarixinədək etibarlıdır.

Britaniya hakimiyyəti "Lukoil"in Bolqarıstandakı dörd törəmə şirkəti: "Lukoil Bulgaria", "Lukoil Neftochim Burgas", "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" üçün də lisenziyanı 2026-cı il fevralın 14-dək uzadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]