ABŞ “Green Card 2026” müraciətlərini buna görə gecikdirib

28-11-2025, 17:14           
ABŞ “Green Card 2026” müraciətlərini buna görə gecikdirib
ABŞ-dəki “Green Card” lotereyası proqramına 2026-cı il üçün müraciətlərin hələ də açılmaması namizədlər arasında geniş müzakirələrə səbəb olub.

Moderator.az xəbər verir ki, adətən, oktyabr–noyabr aylarında başlayan proses bu il ilk dəfə olaraq gecikir.

Qeyd edək ki, ABŞ mediası gecikmənin səbəbi kimi müraciət sistemində aparılan texniki yenilikləri göstərir. İddialara görə, proqramda 1 dollarlıq qeydiyyat haqqı tətbiq olunacaq və bunun üçün sistem yenilənir. Bu ödənişin məqsədi saxta müraciətlərin qarşısını almaq və yüklənməni azaltmaqdır.

Bundan başqa, bir neçə ildir müzakirə edilən pasport tələbinin geri qaytarılması ehtimalı da gündəmdədir. Onu da bildirək ki, lotereyaya müraciətlərin dəqiq vaxtı qeyd edilməsə də, prosesin yaxın zamanlarda başlaması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]