Pentaqon rəhbəri Karib dənizindəki təyyarədaşıyan gəmiyə baş çəkdi

28-11-2025, 17:34           
Pentaqon rəhbəri Karib dənizindəki təyyarədaşıyan gəmiyə baş çəkdi
ABŞ-nin hərbi naziri Pit Heqset Karib dənizində olan USS Gerald R. Ford təyyarədaşıyan gəmiyə baş çəkib.

Bu barədə Pentaqon sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Agentlik Hegsetin dəbilqə taxaraq hərbçilərin əhatəsində göyərtə ilə getdiyini əks etdirən video yayımlayıb.

Postda “Müharibə naziri, USS Cerald R. Forda xoş gəlmisiniz” deyilir.

Noyabrın 15-də Venesuela Prezidenti Nikolas Maduro Amerika vətəndaşlarına müraciət edərək, Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb. O, potensial silahlı münaqişəni bütün Amerika üçün faciə adlandırıb və ABŞ-ın hərəkətlərinin bütün bəşəriyyətə qarşı yönəldiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]