Fitso: Ukrayna uduzur və Aİ vəsaitləri bərpaya yönəlməlidir

28-11-2025, 17:54           
Fitso: Ukrayna uduzur və Aİ vəsaitləri bərpaya yönəlməlidir
Slovakiyanın Baş naziri Robert Fitso hesab edir ki, Ukrayna müharibədə uduzur və Avropa İttifaqı artıq Kiyevin hərbi xərclərini öz vəsaiti ilə qarşılamaq istəmir.

APA xəbər verir ki, O, bunu parlamentdə deputatların suallarına cavab verərkən bildirib. Baş nazirin çıxışının mətni parlamentin saytında dərc edilib.

“Aİ-yə üzv dövlətlərin əhəmiyyətli hissəsi hesab edir ki, son vaxtlar Ukraynada baş verən korrupsiya qalmaqallarına baxmayaraq, vəsait göndərilməyə davam etməlidir”, - Fitso vurğulayıb.

Baş nazir əlavə edib ki, bir sıra Avropa ölkələrində Kiyevə olan etimad məhz bu korrupsiya qalmaqallarına görə azalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]