Zelenskinin Ofisinə o rəhbərlik edə bilər FOTO

30-11-2025, 09:54           
Zelenskinin Ofisinə o rəhbərlik edə bilər FOTO
Ukraynanın müdafiə naziri Denis Şmıqal, Prezident Volodimir Zelenskinin Ofisinə rəhbərlik üçün əsas namizədlərdən biri hesab olunur. Bu barədə məlumatı “Axios” jurnalisti Barak Ravid Ukrayna rəsmilərinə istinadən sosial şəbəkədə yayıb.

Musavat.com xəbər verir ki, Zelenskinin Ofisinə rəhbərlik üçün digər potensial namizədlər arasında Baş nazirin birinci müavini Mixaylo Fedorov və Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kirill Budanov da nəzərdən keçirilir. Eyni mənbələr qeyd edir ki, M.Fedorov həmçinin müdafiə naziri vəzifəsinə təyin oluna bilər.

A.Yermak noyabrın 28-də evində aparılan axtarışdan sonra istefa ərizəsini təqdim edib. Onun adı Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən enerji və müdafiə sektorundakı korrupsiya faktları ilə bağlı aparılan istintaqda hallandırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]