Rusiyada yüzlərlə şəhər yox olmaq təhlükəsində

2-12-2025, 00:08           
Rusiyada yüzlərlə şəhər yox olmaq təhlükəsində
Rusiyada yüzlərlə kiçik şəhər yaxın illərdə xəritədən silinə bilər.

Musavat.com-un xəbərinə görə, VTsIOM (Ümumrusiya İctimai Rəy Mərkəzi) tərəfindən hazırlanan hesabatda bildirilib ki, gənclərin kütləvi şəkildə böyük şəhərlərə köçməsi, əhalinin yaşlanması və yeni gələnlərin demək olar ki, olmaması nəticəsində kiçik yaşayış məntəqələrinin sürətlə boşalması baş verir.

Tədqiqat göstərir ki, gənclər yalnız daha yüksək maaş üçün deyil, həm də təhsil imkanlarının məhdudluğu, zəif infrastruktur və inkişaf perspektivlərinin olmaması səbəbilə kiçik şəhərləri tərk edirlər. Sorğuya əsasən, 18–24 yaş arası respondentlərin cəmi 33%-i öz gələcəyinə optimist baxır. Bu göstərici milyonluq şəhərlərdə 53%-ə çatır.

VTsIOM həmçinin qeyd edir ki, 1950–2030-cu illər arasında kənd və kiçik şəhərlərdə əhali 36% azalacaq, əhalisi 500 mindən yuxarı olan şəhərlərdə isə əksinə, təxminən 25% artım gözlənilir. Trendi dəyişdirəcək demoqrafik axın isə hələ müşahidə olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]