Rusiya ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
2-12-2025, 15:34
1 dekabrda Ər-Riyadda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında viza tələbindən qarşılıqlı olaraq imtina edilməsi haqqında Saziş imzalanıb.
AzPost bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Sazişə əsasən diplomatik, xidməti və adi pasportlara malik Rusiya vətəndaşları girişlərinin məqsədi daimi yaşayış, təhsil və ya iş olmamaq şərti ilə təqvim ili ərzində 90 günə qədər Səudiyyə Ərəbistanına vizasız daxil ola və qala bilərlər.
Rusiyaya səfər edərkən Səudiyyə Ərəbistanı vətəndaşlarına da oxşar hüquqlar verilir. Bu saziş Həcc dövründə Həcc və ya Ümrə ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanı Krallığına gələn Rusiya vətəndaşlarına şamil edilmir. Saziş tərəflərin zəruri daxili prosedurları yerinə yetirməsi barədə son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 60 gün sonra qüvvəyə minəcək.
Sazişin qüvvəyə minmə tarixi daha sonra açıqlanacaq.