Polşa Gürcüstanı yox, Ermənistanı seçdi

2-12-2025, 09:38           
Polşa Gürcüstanı yox, Ermənistanı seçdi
Polşanın Əmək, Ailə və Sosial Siyasət naziri Aqneşka Dzemyanoviç-Bonkun qərarına əsasən, Ermənistan vətəndaşları bu ölkədə sadələşdirilmiş qaydada işləməyə davam edə biləcəklər.

Ermənistan vətəndaşları iki ilədək müddətə fasiləsiz şəkildə mövsümi olmayan işlərdə çalışmaq üçün viza dəvəti, müvəqqəti yaşayış icazəsi və əmək hüququ verən bəyannamə əsasında Polşada işləyə biləcəklər.

Eyni hüquq Belarus, Moldova və Ukrayna vətəndaşlarına da şamil edilir.

Yeni qərara əsasən isə, 1 dekabrdan etibarən Gürcüstan vətəndaşları bu imkandan məhrum ediliblər.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]