ABŞ Prezidenti Donald Trampın maqnit-rezonans tomoqrafiyasının nəticələri göstərib ki, onun ürəyi, damar sistemi, qarın boşluğu orqanları və orqanizminin digər sistemləri normal vəziyyətdədir.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti "X" platformasında paylaşıb.
"Müayinədən keçirilən bütün orqanlar norma daxilində fəaliyyət göstərir, heç bir kəskin və ya xroniki xəstəlik aşkar edilməyib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Donald Tramp profilaktik məqsədlə oktyabrın 10-da tibbi müayinədən keçib.