Ukraynada rus dili ilə bağlı qərar verildi

4-12-2025, 12:14           
Ukraynada rus dili ilə bağlı qərar verildi
Ukraynada rus dili xüsusi dillər statusundan çıxarılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Ali Rada ölkənin qanunlarında bəzi dəyişiklilləri qəbul edib.

Parlamentin 264 üzvü müvafiq qətnamənin lehinə səs verib.

Parlamentdən verilən məlumata görə, qanun nizamnamədə nəzərdə tutulmuş müvafiq dəstək və xüsusi mühafizə rejiminin tətbiq olunduğu dillərin siyahısını yeniləyib. Sənəddə xartiyanın müddəalarının aşağıdakı dillərə şamil ediləcəyi müəyyən edilib: belarus, bolqar, qaqauz, tatar, müasir yunan, alman, polyak, rumın, slovak, macar, çex və ivrit.

Deputat Vladimir Vyatroviç bildirib ki, rus dili Ukraynada artıq Avropa Dillər Xartiyası ilə qorunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]