Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22-12-2025, 16:18           
Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir
Dünyada yüz milyonlarla insan qida çatışmazlığı ilə üzləşsə də, Cənubi Amerikadakı kiçik bir ölkə özünü bütün ərzaq məhsulları ilə təmin etməyi bacarıb.

Oxu.Az "Science Focus"a istinadən xəbər verir ki, bu ölkə Venesuela, Braziliya və Surinam arasında yerləşən Qayanadır.

Əhalisi 830 min olan ölkənin ərazisinin 85%-ni keçilməz tropik meşələr təşkil edir. Burada insanlar dar sahil zolağı boyu sıx şəkildə məskunlaşıblar.

Qeyd edək ki, araşdırmada 186 ölkədən məlumatlar təhlil edilib və yalnız Qayananın bütün əsas ərzaq qrupları üzrə özünü tam təmin etdiyi müəyyən olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]