"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr müəyyən edilib

22-12-2025, 16:08           
"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr müəyyən edilib
Rusiya və Ukrayna vətəndaşları ABŞ-də yaşayış icazəsi əldə etmək üçün keçirilən illik lotereyada ("Green Card") yenidən ən uğurlu iştirakçılar arasında yer alıblar.

TEREF bildirir ki, bu barədə "RIA Novosti" agentliyi rəsmi statistikaya istinadən məlumat verib.

Hər iki ölkə qaliblərin sayına görə dünya üzrə ilk üçlükdə qərarlaşıb. 2026-cı maliyyə ili üzrə (ABŞ-də 1 oktyabr 2025 - 30 sentyabr 2026-cı il - red.) məlumatlara əsasən, 5 510 Rusiya, 5 283 Ukrayna vətəndaşı immiqrasiya vizası üçün müraciət etmək hüququ qazanıb.

Qaliblərin sayına görə mütləq lider Misir olub - 5 527 nəfər. Rusiya dünya reytinqində ikinci, Ukrayna isə üçüncü yeri tutub.

Regional bölgüyə görə Afrika qitəsi üstünlük təşkil edir: qlobal lotereyada qalib gələn müraciətlərin demək olar ki, yarısı Afrika ölkələrinin payına düşür.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]