Rafael Qrossi: İranın uran ehtiyatının böyük hissəsi ölkə daxilində saxlanılır

23-12-2025, 15:34           
Rafael Qrossi: İranın uran ehtiyatının böyük hissəsi ölkə daxilində saxlanılır
İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi hələ də ölkə daxilində saxlanılır.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi məlumat verib.

“Ciddi məlumat çatışmazlığı və bəzi obyektlərin zərər görməsinə baxmayaraq, görünən budur ki, İranın zənginləşdirilmiş uranının əsas hissəsi hələ də ölkə ərazisindədir. Bu, nüvə silahlarının yayılmaması baxımından son dərəcə vacibdir”, – AEBA direktoru bildirib.

Rafael Qrossi bundan əvvəl bəyan etmişdi ki, İran hələ də yaxın gələcəkdə nüvə silahı hazırlamaq üçün kifayət qədər texniki bilik və uran ehtiyatına malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]