Kürd silahlıları Hələbdə Suriya hökumət qüvvələrinə hücum edib

23-12-2025, 15:24           
Kürd silahlıları Hələbdə Suriya hökumət qüvvələrinə hücum edib
Hələbin şimalında kürdlərlə Suriya keçid hökumətinin qüvvələri arasında toqquşmalar baş verib və yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində on nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Ikhbariya” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, şiddətli atışmalar şəhərin şimal hissəsindəki Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinin kənarındakı təmas xəttinə yaxın ərazilərdən sakinlərin evakuasiya olunmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə kürd silahlıları atəşkəsi pozaraq Liramun və Şeyxin bölgələri yaxınlığındakı hökumət mövqelərinə hücum ediblər.

Hadisə nəticəsində iki təhlükəsizlik işçisi və üç mülki müdafiə qüvvələri əməkdaşı xəsarət alaraq xəstəxanaya aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]