Uilyam Tindal ümumiyyətlə "İncili ingilis dilinə tərcümə edən adam" kimi tanınır. Tindal XVI əsrdə Müqəddəs Kitabı ingilis dilinə tərcümə edən ilk şəxslərdən biri idi. Onun tərcüməsi birbaşa ibrani və yunan mətnlərindən hazırlanmış və ingilis Kral Ceyms-in Müqəddəs Kitabının (King James Bible) əsasını təşkil etmişdir. Lakin Tindal bu səylərinə görə kilsə rəsmilərinin qəzəbinə tuş gəlmiş və 1536-cı ildə küfr ittihamı ilə edam edilmişdir. Onun işi ingilis dilinin inkişafına və Müqəddəs Kitabın daha geniş başa düşülməsinə böyük töhfə vermişdir. Nihat Köklü TEREF