Zelenski çarəsiz qalıb: Ukraynalılar bu şəhəri tərk etdilər

24-12-2025, 08:44           
Zelenski çarəsiz qalıb: Ukraynalılar bu şəhəri tərk etdilər
Zelenski çarəsiz qalıb: Ukraynalılar bu şəhəri tərk etdilər
Ukrayna Baş Qərargahı Donetsk vilayətində yerləşən Seversk şəhərindən bölmələrin çıxarıldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu qərar şəxsi heyətin və bölmələrin döyüş qabiliyyətinin qorunması məqsədilə verilib.

“Seversk istiqamətində ağır döyüşlər davam edir. Rusiya qüvvələri həm say, həm də texniki baxımdan üstünlük əldə edib. Onlar ciddi itkilərə baxmayaraq, hücumlarını davam etdirirlər. Ukrayna müdafiəçiləri şəxsi heyətin həyatını qorumaq və bölmələrin döyüş imkanlarını saxlamaq üçün şəhəri tərk edib. Hər bir metr düşmənə baha başa gəlib”, – deyə açıqlamada qeyd olunub.

Baş Qərargahın məlumatına görə, Rusiya qüvvələrinin irəliləməsi onların say üstünlüyü və çətin hava şəraitində davamlı kiçik hücum qruplarının təzyiqi ilə mümkün olub. Hazırda Seversk şəhəri Ukrayna ordusunun atəş nəzarəti altındadır. Rusiya qüvvələrinə zərbələr endirilir, təchizat yolları kəsilir, onların irəliləməsinin qarşısı alınır. Müdafiə qüvvələri Slovyansk istiqamətində döyüş tapşırıqlarını yerinə yetirməyə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]