Müharibə zamanı 2 min casus saxlanıldı- BU ÖLKƏDƏ

24-12-2025, 15:24           
Müharibə zamanı 2 min casus saxlanıldı- BU ÖLKƏDƏ
İranda iyun ayında 2 min casus saxlanılıb.
Ajans.az İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin briqada generalı Əbülfəz Şəkərçi deyib.

"12 günlük müharibənin əvvəlindən sonuna qədər xarici kəşfiyyatla əməkdaşlıq edənlər tutulub. İyun ayında saxlanılan casusların sayı 2 minə çatıb", - general bildirib.

Onun sözlərinə görə, İranda geniş casus şəbəkəsinin qurulmasına böyük məbləğdə pul xərclənib. "Belə bir şəbəkəni yenidən qurmaq asan olmayacaq", - Şəkərçi əlavə edib.

İranlı general vurğulayıb ki, ölkənin dəniz və quru qoşunlarının çox hissəsi müharibədə istifadə olunmayıb, raket imkanları da tam hazır vəziyyətdədir.

Xatırladaq ki, 12 günlük müharibə bu ilin iyunun 13-də səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu ilə başlayıb. İranın əks-reaksiya verməsi ilə davam müharibə iyunun 24-də atəşkəs razılaşması ilə bitib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]