“Qrenlandiya ABŞ-yə lazımdır” − Tramp

24-12-2025, 17:34           
“Qrenlandiya ABŞ-yə lazımdır” − Tramp
“Bizə Qrenlandiya milli təhlükəsizlik baxımından lazımdır. Faydalı qazıntılar üçün deyil. Bizim o qədər faydalı qazıntı yataqlarımız və neftimiz var! Dünyanın hər hansı digər ölkəsindən daha çox neftimiz var. Milli təhlükəsizlik baxımından bizə Qrenlandiya lazımdır”.
Bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Uest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərə açıqlamasında deyib.
“Qrenlandiyaya baxsanız, sahil boyu hər yerdə Rusiya və Çin gəmiləri var. Bu, bizə milli təhlükəsizlik üçün lazımdır. Bizdə olmalıdır”, - ABŞ prezidenti deyib.
Eyni zamanda, o, Danimarkanın adanın işlərindəki rolunu pisləyib. Tramp Kopenhagenin bu məqsədlər üçün lazımi vəsait ayırmadığı və Qrenlandiya üçün hərbi müdafiə təmin etmədiyi fikrini ifadə edib. \\Yeniavaz.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]