Rusiya nüvə triadasını modernləşdirməyi PLANLAŞDIRIR

27-12-2025, 12:14           
Rusiya nüvə triadasını modernləşdirməyi PLANLAŞDIRIR
2027-2036-cı illər üçün Dövlət Silahlanma Proqramı nüvə triadasının modernləşdirilməsini və universal hava hücumundan müdafiə (HHM) sisteminin formalaşdırılmasını nəzərdə tutur.
TASS xəbər verir ki, bu barədə Kreml tərəfindən Rusiya prezidentinin yeni dövlət proqramı ilə bağlı müşavirəsi üçün hazırlanan materiallarda deyilir.

Materiallarda bildirilir ki, quru qoşunlarının imkanlarının artırılmasına, nüvə triadasının saxlanılması və modernləşdirilməsinə, universal hava hücumundan müdafiə sisteminin formalaşdırılmasına, habelə Rusiya silah və texnikasının ixrac potensialının yüksəldilməsinə xüsusi diqqət yetirilir.

Qeyd edək, ki Dövlət Silahlanma Proqramı silah, hərbi və xüsusi texnikanın hazırlanmasını, istehsalını və döyüşə hazır vəziyyətdə saxlanılmasını nəzərdə tutan uzunmüddətli planlaşdırma sənədidir. Rusiya prezidenti tərəfindən hər beş ildən bir təsdiq edilir. Proqramın qüvvədə olma müddəti 10 ildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]